Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / SABİR RÜSTƏMXANLININ ORBİTİNDƏ YENİ SİYASİ QURUM – GƏNC MİLLƏTÇİLƏRƏ VERİLƏN “STAVKA” NƏYƏ HESABLANIB?

SABİR RÜSTƏMXANLININ ORBİTİNDƏ YENİ SİYASİ QURUM – GƏNC MİLLƏTÇİLƏRƏ VERİLƏN “STAVKA” NƏYƏ HESABLANIB?

Azinforum.az-ın məlumatına görə, Azərbaycanda yeni bir millətçi qurum təsis edilib. Azərbaycan Turan Ocağı adlanacaq qurumun sirf milliyyətçi ideologiya əasında fəaliyyət göstərəcəyi  bildirilir.  Qeyd edək ki, yeni qurumun təsis toplantısında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı və Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli də iştirak edib.  Təsis toplantısının  qərarına görə,  Samir Quliyev  qurumun başkanı seçilib.

Toplantıdakı görüntülərdən hiss edilir ki,  təşkilat üzvləri Sabir Rüstəmxanlını öz ilhamvericiləri kimi dinləyir. Sabir Rüstəmxanlının milli məfkurəyə bağlı bir əqidə adamı olmasına söz ola bilməz. Ancaq onun öz rəhbəri olduğu qurumlardan kənarda belə bir işə xeyir-dua verməsi hansısa gələcək siyasi hədəflər üçün hesablana bilər. Uzun müddətdir ki, Azərbaycan siyasi arenasında milliyyətçi xətdə bir boşluğun yaşandığı nəzərə çarpır.  Güman ki, bu səbəbdən də, Sabir Rüstəmxanlı yeni yaradılan qurumun əli ilə həmin xətti yenidən öz nəzarətinə keçirməyi hədəfləyir. 

Qeyd edək ki,  Sabir Rüstəmxanlı bu jesti ilə həm də  cəmiyyətə ölkəmizdə  baş qaldıran radikal İslamın qarşısının alınmasının yollarından birinin də  sağlam milliyyətçiliyin inkişaf etdirilməsinin zəruriliyi mesajını vermiş olur.

Rövşən ƏLİ

Azinforum.az

s2

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın