Şənbə , Aprel 20 2024
Ana səhifə / Sabir Rüstəmxanlının qızı ilə nişanlanan müğənni: “Mənə qadağa qoyula bilməz”

Sabir Rüstəmxanlının qızı ilə nişanlanan müğənni: “Mənə qadağa qoyula bilməz”

Keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının qızı ilə nişanlanan müğənni Elçin Cəfərov şəxsi həyatından danışıb. 
Musavat.com xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran müğənni nişanlansa da, özünə qadağalar qoymadığını bildirib: “Nişanlanmışam, toya hazırlaşıram. Şəxsi həyatımdan danışmağı sevmirəm. Təbii ki, insanın həyatına biri girəndə həyatında dəyişikliklər olur. Mən sənətçiyəm, nişanlım da məni başa düşür. Nişanlandığım üçün özümə hər hansı qadağa qoymamışam. Mənə qadağa qoyula bilməz”.
Müğənni yaradıcılığından da  söhbət açıb: “Yeni mahnılar üzərində işləyirəm. Əminəm ki, dinləyicilərin zövqüncə olacaq. Sənətimdə yavaş-yavaş dəyişiklik edirəm, fərqli ritmlərdə mahnılar oxumaq niyyətindəyəm. Kliplər çəkdirməyi, konsert verməyi nəzərdə tutmuşam. Şəxsi həyatımda böyük addım atandan sonra sənətlə bağlı planlarımı həyata keçirəcəyəm”.

Həmçinin oxuyun

Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili partiyası – Vahid Milli Hərəkatdan İdarə Heyəti yaratmağı və onu …

Bir cavab yazın