Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Sabir Rüstəmxanlının qardaşı oğlu Türkiyədə filmə çəkildi – Fotolar

Sabir Rüstəmxanlının qardaşı oğlu Türkiyədə filmə çəkildi – Fotolar

Ötən gün Türkiyədə “Deliler Fatihin Fermanı” filminin qala gecəsi keçirilib. “Qafqazinfo” xəbər verir ki, ekran işi III. Vlad Tepeşin Osmanlı Sarayınadək uzanan həyatından bəhs edir. Ekran işində Erkan Petekkaya, İsmail Filiz, Cemil Uçan kimi tanınmışlar rol alıb. 

Filmdə “Mübariz” rolunu isə Sabir Rüstəmxanlının qardaşı oğlu Namiq Rüstəmxanlı da rol alıb. O, ötən gün keçirilən qala gecəsində kino ilə bağlı təəəsüratlarını bölüşüb:

“Əslində təkcə tarixi bir ekran işi deyil. Çağdaş dövrdən də bəhs edir. İzləyərkən bunun şahidi olacaqsız. Trabzonda şəhid olan Eren Bülbüldən tutmuş Qarabağda şəhid olan Mübariz İbrahimov kimi insanlarımızdan söhbət açılır. Sadəcə Türkiyə tarixi yox, ana, atasını, bütün qohumlarını və yaxınlarını gözləri qarşısında itirən və “Sizi Allaha şikayət edəcəyəm” deyən suriyalı bir uşağın xatirəsi də təsvir olunub”.

Qeyd edək ki, qala gecəsində Sabir və Tənzilə Rüstəmxanlılar, qızları Aydan və həyat yoldaşı, müğənni Elçin Cəfərov da iştirak edib.

 





Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …