Cümə , Aprel 19 2024
Ana səhifə / Sabir Rüstəmxanlının kürəkəni toydan danışdı

Sabir Rüstəmxanlının kürəkəni toydan danışdı

Müğənni Elçin Cəfərov toyundan danışıb. ” Azinforum.az ” axşam.az-a istinadən xəbər verir ki, müğənni məclisin mediaya qapalı olacağını deyib:

“Media buraxılmayacaq. Amma toydan fotoları özüm yayacam. Müğənniyəm, şəklimin yayılması təbii haldır. Normal şəkildə buna pis baxmıram. Sadəcə, sosial şəbəkədə yayılanda, altından xoşagəlməz şərhlər yazılır. Buna görə də bütün müğənnilər toylarından foto yaymağa çəkinirlər”.

Qeyd edək ki, E.Cəfərov keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı ilə ailə qurur. Bir müddət əvvəl nişanlanan cütlüyün toyu aprelin 25-də “Meridian Park”da baş tutacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın