Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Sabiq YAP-çı baş prokuror Milli Şuranın mitinqini dəstəklədi

Sabiq YAP-çı baş prokuror Milli Şuranın mitinqini dəstəklədi

Əli Ömərovdan “Qanuni mitinqə tam şərait yaradılmalıdır…” çağırışı

Azinforum.az musavat.com-a istinadən xəbər verir ki, keçmiş baş prokuror Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış edib. Facebook səhifəsində bu gün Əli Ömərov belə bir açıqlama yazıb: “Milli demokratik ölkələrdə söz və insan azadlığı normal bir haldır. Vətəndaşlar öz fikirlərini açıq-aydın bildirmək hüququna malikdirlər. Bu baxımdan da mən hər bir qanuni mitinqi, o cümlədən sentyabrın 23-ü keçirilməsi nəzərdə tutulan mitinqi dəstəkləyirəm.
Bundan başqa, həmin gün mitinqin keçirilməsinə tam şərait yaradılmalıdır, mitinqə gələnlərin qarşısı alınmamalıdır və bununla da bütün dünya görməlidir ki, Azərbaycan sözdə deyil əməldə demokratik bir ölkədir”.
Məsələni dəqiqləşdirmək üçün Əli Ömərovla əlaqə saxladıq. Sabiq baş prokuror musavat.com-a bildirdi ki, açıqlamanı şəxsən özü yazıb və fikrilərində aydın olmayan nə isə yoxdur.
Qeyd edək ki, Əli Ömərov 2014-cü ildən bir neçə gün öncəyə qədər YAP-ın üzvü idi. Bir neçə gün öncə o, YAP-dan istefa verib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın