Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Sabiq və indiki təhsil nazirləri bir arada – Fotolar

Sabiq və indiki təhsil nazirləri bir arada – Fotolar

Elm və təhsil naziri Emin Əmrullayev sabiq təhsil naziri, Azərbaycan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovla görüşüb.

“Azinforum.az” xəbər verir ki, bununla bağlı Emin Əmrullayev öz sosial şəbəkə hesabında paylaşım edib.

Nazir M. Mərdanovla yanaşı, sabiq rabitə naziri, hazırda İdarəetmə Sistemləri İnstitutunun baş direktoru olan Əli Abbasov və digər şəxslərlə də görüşdüyünü qeyd edib.

Görüş zamanı elmi-tədqiqat işləri, kadr hazırlığı, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, hazırlanan elmi jurnallar haqqında müzakirə aparılıb, laboratoriyalara baxış keçirilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …