Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Sabiq nazir məmurlara nəzarət mexanizmi təklif etdi

Sabiq nazir məmurlara nəzarət mexanizmi təklif etdi

Fikrət Yusifov: “Bu hüquqi sənədi qəbul etməyin vaxtı çatıb”

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısının müşavirədə ciddi diqqət ayırdığı məsələlərdən biri qanunsuzluqlara yol verən məmurların fəaliyyətinə, ümumiyyətlə məmurların fəaliyyətinə vətəndaş nəzarətinin, ictimai nəzarət mexanizminin vacibliyi oldu.

Prezidentin qaldırdığı məsələnin çox mühüm olduğunu cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri son günlər mediaya verdiyi açıqlamalarda bəyan ediblər.

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ictimai nəzarətin cəmiyyətdə baş verən proseslərdəki rolu olduqca əhəmiyyətlidir: “Dünyanın inkişaf etmiş ölkələrində ictimai nəzarət dövlət tərəfindən həyata keçirilən idarəçiliyə böyük bir dəstək kimi qəbul edilir. Azərbaycan prezidenti son illər ərzində öz çıxışlarında dəfələrlə ictimai nəzarətin üzərinə qayıdaraq, vətəndaşlara bu məsələlərdə aktiv olmağı tövsiyə edib. Təəssüf ki, prezident bizləri narahat edən məsələlərin həllinə münasibət bildirməyimizi istəsə də, bizlər hələ ki çox az aktivlik göstəririk və bəzən heç aktiv ola bilmirik. Baxın, hər gün hər birimizin rastlaşdığı avtomobil tıxaclarını yaradan küçənin ortasında avtomobilini saxlayıb yolun hərəkətini məhdudlaşdıran intizamsız sürücüləri görürük, ancaq nədənsə buna münasibəti içimizdə bildirib ötüb keçirik.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Avtomobili o şəkildə saxlayıb yüzlərlə insanın əsəblərini gərginləşdirən birisinə bir dəfə, iki dəfə irad olunsa, o, bunu növbəti dəfə etməkdən mütləq çəkinəcək. İctimai nəzarət dövlətə idarəçiliyi daha səmərəli həyata keçirmək sahəsində bir dəstəkdir. Bunu hər bir vətəndaş başa düşməlidir. Nazirlər Kabinetinin son toplantısında prezident növbəti dəfə vətəndaşlarımıza bu məsələdə aktiv olmağı tövsiyə etdi. Bakı şəhərində ağac kəsib ev tikmək istəyənlərə qarşı ayağa qalxmış vətəndaşların bu hərəkətini ”onların fəallığını mən alqışlayıram” deməsi dövlət başçısının ictimai nəzarətə münasibətinin təzahürüdür. Bunun belə olduğunu biliriksə, deməli heç birimiz ictimai nəzarət tələb olunan yerdə susmamalıyıq”.

F.Yusifov hesab edir ki, ictimai nəzarətin gücləndirilməsi üçün onun hüquqi bazasını möhkəmləndirməyin də vaxtı çatıb: “Bu nəzarəti həyata keçirən şəxsləri stimullaşdıran, onun qarşısını almağa cəhd edənlərin isə ciddi şəkildə cəzalandırılmasını nəzərdə tutan hüquqi bir sənədin mövcudluğu, ictimai nəzarət sahəsində ciddi dönüşün başlanğıcı olacaq”.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …