Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Sabiq icra başçısının SOCAR-da çalışan oğlu Rumıniyada həbs edildi – Eldar Həsənovun adı hallanır

Sabiq icra başçısının SOCAR-da çalışan oğlu Rumıniyada həbs edildi – Eldar Həsənovun adı hallanır

Rumıniya hüquq-mühafizə orqanları ARDNŞ-in bu ölkədəki nümayəndəliyində (“SOCAR PETROLEUM SA Rumıniya” şirkəti) həbslər keçirib.
Bu sensasiyalı məlumat “AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olub.
Məlumata görə, yerli hüquq-mühafizə orqanları ARDNŞ-in nümayəndəliyinə qarşı külli miqdarda vergidən yayınma şübhəsi ilə bağlı cinayət işi qaldırıb.Söhbət, fırıldaq sxemləri əsasında təxminən 20 milyon avronun vergidən yayındırılmasından gedir. Bu səpgili faktlarla bağlı Rumıniya hüquq-mühafizə orqanları cinayət təhqiqatına başlayıb, bir türk şirkətində və SOCAR-ın Rumıniya nümayəndəliyində həbslər həyata keçirib.
“AzPolitika” həbs olunanlardan birinin adını dəqiqləşdirə bilib – bu, SOCAR-ın Rumıniyadakı tikinti işlərinə məsul şəxs olan Tural Kərimovdur. T.Kərimov, təxminən, 1 həftə əvvəl saxlanılıb.
Məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev işin obyektiv araşdırılması və günahkarların cəzalandırılması barədə göstəriş verib.
Xatırladaq ki, “SOCAR PETROLEUM SA Rumıniya” şirkəti Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə, 30 yanvar 2011-ci il tarixində təsis edilib və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlayıb.
Hazırda Rumıniyada “SOCAR” brendi altında 32 YDM fəaliyyət göstərir.
***
Strateq.az isə öz mənbələri vasitəsi ilə dəqiqləşdirib ki, həbs olunduğu deyilən Tural Kərimov Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun oğludur. Baş verən hadisələrin kökü isə bir xeyli əvvələ – hazırda Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olan Eldar Həsənovla “SOCAR PETROLEUM SA Rumıniya” şirkəti arasında yaranmış ziddiyyətə gedib çıxır.
Bildirildiyinə görə, bu ziddiyyətin mahiyyəti ARDNŞ rəhbərliyinə də məlumdur. Qısaca desək, məsələnin kökündə əslində şəxsi maraq və münasibətlərin toqquşmasından qaynaqlanan çəkişmənin xeyli böyüməsi və sonradan məsələyə Rumıniya hüquq-mühafizə orqanlarının məqsədli şəkildə qarışdırılmasının durduğu iddia edilir…

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın