Ana səhifə / Aktual / Sabiq icra başçısının oğlunu öldürən şəxs məhkəməyə müraciət edib

Sabiq icra başçısının oğlunu öldürən şəxs məhkəməyə müraciət edib

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyev Cinayət Məcəlləsində olan dəyişikliklərlə bağlı cəzasının azaldılması ilə bağlı məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, Qaradağ rayon Məhkəməsində V. Əliyevin ərizəsi təmin edilməyib.

Qərarla razılaşmayan V. Əliyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib.

Qeyd edək ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar.

L. Quliyevə 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsindən azadlığa buraxılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …