Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / SABİQ DİREKTOR POLİSİN NƏZARƏTİNƏ VERİLDİ – İstintaqa cəlb edilib

SABİQ DİREKTOR POLİSİN NƏZARƏTİNƏ VERİLDİ – İstintaqa cəlb edilib

“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov istintaqa cəlb edilib.Oxu.Az-ın əldə etdiyi xəbərə görə, artıq onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə hallar araşdırılır.

Qeyd edək ki, Q.Şükürov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada və külli miqdarda mənimsəmədə ittiham edilir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, oktyabrın 4-də “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …