Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Sabiq deputatın namizədliyi qeydə alınmadı – 450 imzadan 161-i saxta çıxıb

Sabiq deputatın namizədliyi qeydə alınmadı – 450 imzadan 161-i saxta çıxıb

MSK-nın bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O deyib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: “G. Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”. MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G. Əhmədovanın təqdim etdiyi imzalardan təxmini 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan  imzaların sayının az olduğu üçün Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub/Report.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …