Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Sabiq deputat Qarabağda döyüşən qadınlarımızı təhqir etdi – “Küçə qadınları idi…” + VİDEO

Sabiq deputat Qarabağda döyüşən qadınlarımızı təhqir etdi – “Küçə qadınları idi…” + VİDEO

Eks-deputat Cümşüd Nuriyev AzTV-də Qarabağ müharibəsində iştirak edən qadınları əxlaqsız, küçə qadınları adlandırıb. 

Sabiq deputat deyib: “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.

Onun bu çıxışı cəmiyyətdə, sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb. Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu Modern.az-a keçmiş deputatın səsləndirdiyi fikirlərə sərt etirazını bildirib:

“Cümşüd Nuriyev özü nədir ki, onun səsləndirdiklərinə də cavab verim?! Qadın batalyonu cəbhədə əsgərlər arasında ruh qaldırmaq üçün yaradılmışdı. Yəni ki, baxın, qadınlar da müharibəyə gedir. Həmin vaxt ali təhsilli, elmlər doktoru olan qadınlar cəbhəyə getmək üçün yazılmışdılar. İndi o qadınları bu formada təhqir etməyə Cümşüd Nuriyevə kim icazə verib?! Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!”.

Novella Cəfəroğlu bir də belə təhqirə yol verən şəxsləri məhkəməyə verəcəyini qeyd edib:

“Bizim cəmiyyətin 6 qızı döyüşlərdə şəhid olub. Əsgərlərin yanına rayonlara gedirdik, yemək, geyim aparırdıq. Qadın batalyonunun işi bu idi. Özlərini yığışdırsınlar. Bir də bizim batalyona söz deyən olsa, hamısını məhkəməyə verəcəyik”.

C.Nuriyevin çıxışının həmin hissəsini təqdim edirik:

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …