Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Aktual / SABİQ DEPUTAT BAŞ REDAKTORU MƏHKƏMƏYƏ VERİR –  XƏDİCƏ İSMAYILIN ADI İLƏ BAĞLI OLAN QALMAQAL BÖYÜYÜR

SABİQ DEPUTAT BAŞ REDAKTORU MƏHKƏMƏYƏ VERİR –  XƏDİCƏ İSMAYILIN ADI İLƏ BAĞLI OLAN QALMAQAL BÖYÜYÜR

Azinforum.az xəbər verir ki, yenicə fəaliyyətə başlayan Tezis.az saytının baş redaktoru Taleh Şahsufarlı ilə sabiq deputat Nazim Bəydəmirli (Məmmədov) arasında ciddi qarşıdurma yaşanır. Buna səbəb  Tezis.az saytında keçmiş deputatın  jurnalist Xədicə İsmayıl və digərlərilə birləşərək, müxalifətin yeni təsisatını yaratmağı planlaşdırması iddiası ilə bağlı yayınlanan təhlil yazısı olub. Həmin yazıda iddia olunur ki, bu istiqamətdə fəaliyyət xeyli müddət əvvəl başlayıb və bu məqsədlə Nazim Bəydəmirli ilə jurnalist Xədicə İsmayıl arasında Penitensiar Xidmətin cəzaçəkmə müəsissələrinin birində görüş də keçirilib. Bu iddialara Nazim Bəydəmirli  sosial şəbəkələr vasitəsilə sərt reaksiya verib və Taleh Şahsuvarlını yarımçıq sosioloq adalandırıb. Buna cavab olaraq Taleh Şahsuvarlının rəhbəri olduğu saytda Nazim Bəydəmirlinin iqtisadçı deyil,  aqronom olduğunu iddia edən yeni yazı dərc edilib.

 

taleh

Azinforum.az  barəsində yazılanlara aydınlıq gətirmək üçün Nazim Bəydəmirli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirdi ki, yazılanların heç bir əsası yoxdur. 

Xədicə İsmayılla  türmədə görüşübsünüzmü” sualına isə, sabiq deputat ironik cavab verdi:

“Bax, bu böhtanı sübut etmək asan olacaq. Bilirsiniz ki,  qanunvericiliyə görə, PX-nin tərkibində olana cəzaçəkmə müəsissələrində saxlanılan məhkumalara yalnız yaxın qohumları ilə görüşə icazə verirlər. Hər bir məhkumun da şəxsi işinin içində görüş kartı olur. Məhkumla görüşə gələn adamların hamısının adı və tarixi həmin karta qeyd edilir.  Mən artıq Taleh Şahsuvarlını bu cür böhtan yazdığına görə məhkəməyə vermişəm. Qoy görək, o Xədicə İsmayılın görüş kartından mənim adımı tapa  biləcəkmi?”

 

xedice

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Aqşin Yenisey Elşad Mirini RİYAKARLIQDA İTTİHAM ETDİ — “Öz övladınızı ABŞ-a oxumağa göndərib…” – FOTO

Tanınmış şair Aqşin Yenisey sosial şəbəkədə yazdığı statusda ilhaiyyatçı Elşad Mirini gəncləri yanlış yönəltməkdə ittiham …

Bir cavab yazın