Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 

Bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.  Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …