Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Sabiq baş həkimdən Gülmirzə Poladova rüşvət tələbi ittihamı

Sabiq baş həkimdən Gülmirzə Poladova rüşvət tələbi ittihamı

Gununsesi.org-un Səhiyyə Nazirliynin Səhiyyə Xidmətinin Təşkili Şöbəsinin rəisi Gülmirzə Poladov fəaliyyəti ilə bağlı xəbəri ictimai marağa səbəb olub.

Qeyd edək ki, “COVİD-19” pandemiyası ilə mübarizədə ölkəmizdə səhiyyə xidmətinin təşkili ilə bağlı situasiyaya nəzər salınan yazıda Gülmirzə Poladovun nazirlikdəki korrupsiya əməlləri və bunun nəticəsi olaraq onun ölkənin ən varlı adamlarından biri olmasından söz açılıb.

Bu barədə yazı Gununsesi.org-da və bir sıra media quruluşlarında tirajlanandan sonra Gülmirzə Poladov haqqında bir sıra faktlar redaksiyamıza daxil olub.

Redaksiyamıza müraciət edən Füzulu Rayonunda Diaqnostika Mərkəzinin sabiq direktoru Cümşüd Məmmədov bir sıraq iddialar səsləndirib.

Sabiq direktorun sözlərinə görə, Gülmirzə Poladov ölkənin bütün şəhər-rayon xəstəxanalarının baş həkimlərini aylıq haqqa otuzdurub: “Bu adam o qədər tamahkar olub ki, köçkün bir rayondan da pul umub. Mənə açıq şəkildə deyirdi ki, sən də nazirliyə “kömək” eləməlisən. Bildirdim ki, nazirlik rayona diqqət göstəməlidir. Mən burada pul qazanmıram ki, sizə də verəm. Mən onun bu tələbini rədd etdim, sonra məni şantaja keçdi. Məni şantaj edərək, işdən kənarlaşdırdı. Onu məhkəməyə vermişəm, hazırda məhkəmə çəkişməmiz gedir. Son məsələlərə görə proses təxirə salınıb”.

Gununsesi.org-un əməkdaşı ilə söhbətində isə Gülmirzə Poladov barəsindəki ittihamlara münasbət bildirmək istəmədiyini deyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …