Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Saakaşvili ölkəni bir-birinə vurdu

Saakaşvili ölkəni bir-birinə vurdu

Gürcüstan prezidenti Mixayil Saakaşvilinin “Vahid Milli Hərəkatı”ının təşkilatçılığı ilə Tiflisdə hökümət əleyhinə kütləvi etiraz aksiyası keçirilib.
ANS PRESS-in Gürcüstan müxbirinin verdiyi məlumata görə, 2012-ci ildən bəri müxalifətin ən miqyaslı aksiyası sayılan kütləvi yürüşdə, mərkəzi Rustavelli prospektinə toplaşan minlərlə insan ölkədə yaşanan iqtisadi-sosial problemlərə görə iqtidarı istefaya çağırıb.
Əllərində Gürcüstan və Avropa Birliyi bayraqlarını tutan etirazçılar dövlət himinin sədaları altında hökümət binasının qarşısına doğru hərəkət edib. Vahid Milli Hərəkatın liderlərindən olan Georgi Vaşadze müxalifət tərəfdarlarını hökümətə simvolik olaraq “qırmızı kart” göstərməyə çağırıb.
Partiyadan olan fəallar səhər saatlarından bəri Tiflis küçələrindən insanlara qırmızı kartlar paylayıb. Azadlıq meydanında yekunlaşan mitinqin sonunda izdihama sabiq prezidenti Mixayıl Saakaşvili müraciət edib.
Saakaşvili Gürcüstan hökümətinin gürcü xalqının “gözündən düşdüyünü, öz yalanlarında boğulub batdığını dilə gətirib: “İndi rusiyalı oliqarx və onun yaltaqları başda olmaqla onları hakimiyyətdən kənarlaşdırmalıyıq. Bu hərəkatı dayandırmaq olar, ancaq bunun davamı Gürcüstan üçün faciəvi sonluqla nəticələnəcək”.
Bu arada Marneulidə azərbaycanlıların Novruz şənliyinə qatılan gürcüstan baş naziri İrakli Qaribaşvili bugün Tiflisdə keçirilən mitinqi pisləyərək, onun dekstruktiv qüvvələr tərəfindən ölkənin inkişafını əngələmək üçn hazırlanmış bir plan olduğunu bildirib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın