Çərşənbə axşamı , Sentyabr 27 2022
Ana səhifə / Aktual / Saakaşvili: “Havada qələbə qorxusu var”

Saakaşvili: “Havada qələbə qorxusu var”

“Rusiya dərhal İziumu xilas etmək üçün yeni qüvvələr göndərdi, baxmayaraq ki, ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə ilə yanaşırlar”.

Modern.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşili deyib.

“Növbəti hədəflərdən biri separatçı Dnepr anklavı Moldovadır. Orada yerləşdirilən dördüncü rus ordusu uzun müddətdir ki, Rusiyadan təchiz edilmir. Onun əsgərləri qaçılmaz hücumdan qorxaraq müqaviləni uzatmaqdan kütləvi şəkildə imtina edirlər. Dneperin tutulması Ukrayna ordusu üçün 2-3 günün işidir və bu, Moldovanın ərazi bütövlüyünü bərpa edir, Gürcüstan üçün də presedent yaradır. Dnepr əməliyyatı yəqin ki, ilin sonuna kimi həyata keçiriləcək”, – Mixail Saakaşvili qeyd edib.

Onun sözlərinə görə, Ukrayna ordusu artıq Xarkovun strateji şəhəri olan Kupyanska daxil olub.

“Kupyanskdan sonra məqsəd İziumun azad edilməsidir ki, bu da Rusiya üçün böyük strateji əhəmiyyət kəsb edən ikinci şəhərin itirilməsi deməkdir. Rusiya İziumu xilas etmək üçün yeni qüvvələr cəlb etdi, lakin ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə edirlər. Biz real vaxt rejimində Rusiyanın zəbt etdiyi mühüm nöqtələrin bir-birinin ardınca domino prinsipini izləyirik və burada Balakleya yalnız ilk çox vacib addım idi. Havada qəəbənin qoxusu var”, -deyə o, qeyd edib.

Həmçinin oxuyun

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

Belə ki, diaqnostik qiymətləndirilmədən orta nəticə göstərən şəxslərlə müddətli əmək müqaviləsi bağlanır, amma illərlə ömrümü …