Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Aktual / Saakaşvili gizləndiyi evdə belə saxlanılıb – Video

Saakaşvili gizləndiyi evdə belə saxlanılıb – Video

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı anın yeni görüntüləri yayılıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Saakaşvili Tbilisidəki mənzildə nahar edərkən saxlanılıb. Masanın üzərində xəngəl və iki şüşə araq görmək mümkündür.

Xatırladaq ki, oktyabrın 1-də 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb. Onun Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir.

Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.

Qeyd edək ki, Saakaşvili Elqudje Çomaya adlı Gürcüstan vətəndaşına məxsus evdə saxlanılıb. E.Çomaya ölkənin Baş Prokurorluğu Elqudje Çomayanı ağır cinayəti gizlətməkdə təqsirləndirir, o, 1 ildən 4 ilə qədər müddətinə azadlıqdan məhrum edilə bilər. Bununla yanaşı, Çomayaya qarşı dövlət sərhədindən qanunsuz miqrant daşınması maddəsi ilə ittiham irəli sürülə bilər.

https://ok.ru/videoembed/2842727746154


 


Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya …