Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Saakaşvili azərbaycanlıların toyuna canlı qoşulub – Təbrik etdi +Video

Saakaşvili azərbaycanlıların toyuna canlı qoşulub – Təbrik etdi +Video

Ötən gün eks-prezident Mixail Saakaşvili azərbaycanlıların yaşadığı Gürcüstanın Faxralı kəndində baş tutan toy mərasiminə canlı bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, həmin görüntülər “Faxralı” feysbuk hesabında paylaşılıb.

Bəylə gəlinə xoş arzularını çatdıran siyasətçi sonda Azərbaycan dilində mərasim iştirakçıları ilə sağollaşıb. Saakaşvilinin bu jesti alqışlarla qarşılanıb.

Qeyd edək ki, bəyin atası Oqtay Məmmədov vaxtilə Mixail Saakaşvilinin seçki kampaniyasında fəal iştirak edib, kənddə onun ən fəal dəstəkçilərindən biri olub.

Bəy Fazil Məmmədov isə Vahid Milli Hərəkatın Bolnisi rayon nümayəndəsinin seçki kampaniyasında fəal iştirak edib.

Hazırda Saakaşvili ailəsi ilə Məmmədovlar arasında yaxın dostluq əlaqələri var.

 

 

 

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …