Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Səttar Mehbalıyevin diplomat kürəkəni ABŞ-a qaçıb? – REAKSIYA

Səttar Mehbalıyevin diplomat kürəkəni ABŞ-a qaçıb? – REAKSIYA

Yerli mətbuatda Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin əməkdaşı Rəşad Eyvazovun ABŞ-a qaçdığı barədə informasiya yayılıb.

Xəbərdə iddia olunur ki, Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq N. adlı sevgilisi ilə ABŞ-a yerləşib, oradan siyasi sığınacaq alıb.

Məlumata görə, bundan əvvəl Rəşad Eyvazov 4-5 il ərzində İstanbuldakı konsulluğumuzda işləyib, diplomatik vəzifə daşıyıb. Ancaq sonradan o, Xairici İşlər Nazirliyinin sərəncamına qayıdıb, nazirlikdə işləməyə başlayıb. R.Eyvazovun bu yaxınlarda Los-Ancelesdəki konsulluğa təyinat aldığı da bildirilir.

Məsələnin maraqlı tərəfi budur ki, haqqında bu cür iddialar yayılan diplomat Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin kürəkənidir. 

Musavat.com xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün ABŞ-ın Los-Anceles şəhərində yerlşən Baş Konsulluğumuzla əlaqə saxlayıb. Baş Konsulluqdan verilən məlumatda deyilir: “Sözügedən əməkdaş XİN-in əmrilə 2018-ci ildə Baş Konsulluğa ezam olunub və hazırda da Baş Konsulluqda fəaliyyətini davam etdirir. Los Ancelesdən öncə XİN-in Ümumi Katibliyində çalışıb. Onun ABŞ-a qaçması, sığınacaq istəməsi məlumatı yalandır. Rəsmi təyinatla gəlib və hazırda işini davam etdirir.” 

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …