Ana səhifə / Aktual / Sərxoş qadın polislərlə mübahisə etdi – Video

Sərxoş qadın polislərlə mübahisə etdi – Video

Ötən gecə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı sərxoş qadın sürücü saxlanılıb.

“ Azinforum.az ” APA TV-yə istinadən xəbər verir ki, Babək prospekti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilə “Saxla!” əmri verilib. YPX əməkdaşı Bəhram Əhmədovun sözlərinə görə, avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və maşındakı rəfiqəsi sərxoşdur: “Sürücü sutkanın qaranlıq vaxtında uzaqvuran işıqlardan istifadə qaydasını pozduğu üçün işarə verdik. Sürücü işarəyə məhəl qoymadan hərəkətini davam etdirdi və qarşı postda saxlanıldı. Sürücüyə yaxınlaşdıq, özümüzü təqdim etdik. Məlum oldu ki, sürücü avtomobili sərxoş halda idarə edir”.

Qadın sərnişin polis əməkdaşlarına çətin anlar yaşadıb. Sürücü isə avtomobildən düşmək istəmədiyi və sərnişin müqavimət göstərdiyi üçün əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Polisin qanuni əmrinə tabe olmayan sürücü və onların işinə maneçilik törədən sərnişin polis bölməsinə, avtomobil isə cərimə meydançasına aparılıb yerləşdirilib.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın