Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Sərhədlərin bağlı qalmasının nə məntiqi, nə iqtisadi, nə siyas, nə epidemioloji əsası var”

“Sərhədlərin bağlı qalmasının nə məntiqi, nə iqtisadi, nə siyas, nə epidemioloji əsası var”

Nazirlər Kabinetinin qərarı ilə ölkədə 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Bu tələblə yanaşı hər kəs ölkənin quru sərhədlərinin açılması qərarının da qəbul ediləcəyini gözləyirdi, lakin bu baş vermədi.

Bu barədə fikirlərni Pravda.az-a bildirən ekspert Natiq Cəfərli quru sərhədlərinin hələ də bağlı qalmasını məntiqsiz bir addım kimi dəyərləndirib.

O qeyd edib ki, Rusiya, Gürcüstan, Türkiyə, İran, yəni Azərbayacana qonşu olan ölkəkər quru sərhədlərini açıq saxlayır və yalnız Azərbaycanın sərhədlərinin bağlı qalmasının heç bir məntiqi izahı yoxdur. “Sərhədlərin bağlı qalmasının səbəbi təhlükəsizlik tələblərindən irəli gəlirsə, bunu izah etməlidirlər. Məsələnin pandemiya ilə heç bir əlaqəsi yoxdur. Qonşu ölkələrdə pandemiya ilə bağlı vəziyyət, demək olar ki, elə bizdəki kimidir. Yəni yoluxma sayı minimumdur, vaksin olunanların sayı isə yüksəkdir və pandemiya ölkələrin gündəmindən çıxıb. Bu səbəbdən də məntiqli düşünərkən quru sərhədlərinin bağlı qalması “AZAL”a, “BUTA”ya, yəni bu şirkətlərə təyyarə biletlərinin baha olmasına görə sərf edir. Bu vəziyyəti başqa cür izah etmək qeyri-mümkündür. Bu, təbii ki, vətəndaşların haqlı narazılığına səbəb olur. Vətəndaşlarımızın qonşu ölkələrdə, istər Gürcüstanda, istərsə də Rusiyada xeyli sayda qohumları, tanışları var və onlar gedib yaxınları ilə görüşmək istəyirlər. Sərhədyanı ticərətin canlanmasında, ölkə iqtisadiyyatına da bunun müsbət təsirləri var. Təəssüf ki, bu dəfə də quru sərhədlərinin açılması qərarından yan keçdilər. Ayın sonuna bir neçə gün var hələ, ümid edək ki, qərarlarını bir də nəzərdən keçirərək sərhədləri açarlar, çünki sərhədlərin hələ də bağlı qalmasının nə məntiqi, nə iqtisadi, nə siyas, nə epidemioloji əsası var”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …