Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Sərhəddə anası üçün ağlayan qızın fotosu – “İlin ən yaxşısı” oldu

Sərhəddə anası üçün ağlayan qızın fotosu – “İlin ən yaxşısı” oldu

Hondurasdan olan azyaşlı Yanelanın ABŞ ilə Meksika sərhədində anası Sandra Sançes axtarılarkən ağladığı zaman çəkilmiş fotosu “World Press Photo” təşkilatı tərəfindən “İlin ən yaxşı şəkli” nominasiyasının qalibi olub.

“Qafqazinfo”nun məlumatına görə, beynəlxalq müsabiqənin qalibinin adı Amsterdamda keçirilən təntənəli mərasimdə açıqlanıb.

Şəklin müəllifi fotoqraf Con Murdur. 

Qeyd edək ki, “Time” jurnalı ötən il bu fotodan istifadə etməklə kollajlı şəkil hazırlayaraq nəşrin örtüyündə “Amerikaya xoş gəldin” başlığı altında dərc etmişdi. Fotoda balaca Yanela və prezident Donald Tramp təsvir olunmuşdu. 


Xatırladaq ki, Tramp administrasiyası Meksikadan Birləşmiş Ştatlara qeyri-qanuni keçən mühacirlərə qarşı dözümsüzlük siyasəti apararaq sərhəddə həbs olunmuş valideynləri uşaqlarından ayırmaq praktikasını tətbiq etmişdi. Lakin çoxsaylı tənqidlərdən sonra bu qərar 2018-ci ilin 20 iyununda ləğv edilmişdi.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …