Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Şəmsəddin Hacıyev prokurorluğa çağırıldı – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq başlayıb

Şəmsəddin Hacıyev prokurorluğa çağırıldı – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, YAP-çı deputat Şəmsəddin Hacıyev rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı istintaqa çağırılıb.

Azinforum.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, Ş.Hacıyev bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub. Bu dəvətin qeyri-rəsmi olduğu deyilir. Məlumdur ki, sabiq rektor deputatdır və toxunulmazlıq statusu var. Sabiq rektorun söhbət əsnasında nə dediyi barədə dəqiq bilgi yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Ş.Hacıyev sözügedən cinayət işinin onunla heç bir bağlılığı olmadığnı deyib. “Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı Baş Prokurorluqda dindirilmisinizmi”, sualımıza cavab olaraq Ş.Hacıyev belə cavab verib: “Mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki? Hazırda YAP-ın təsis olunmasının 25 illiyi ilə məşğulam”.

Qəzet yazıb ki, bu korrupsiya işi ilə bağlı məsələ dövlət rəhbərliyinin də nəzarətindədir. Üstəlik, artıq bu maxinasiyalarda iştirak etmiş konkret şəxslər də müəyyənləşdirilib.

Xatırladaq ki, ADİU-ya dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsində böyük maxinasiyalar üzə çıxarılıb. Yoxlamaların nəticəsi olaraq Hesablama Palatasından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan hesabat araşdırılıb. Fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …