Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Şəmkir İcra Hakimiyyəti BURNUNUN UCUNU GÖRMÜR – İLGİNC FAKT

Şəmkir İcra Hakimiyyəti BURNUNUN UCUNU GÖRMÜR – İLGİNC FAKT

Şəmkir rayonunun Qədimqala kənd ərazisində yerləşən VI əsrə aid Şəmkir qalasının dağıntılar halında qalması və ərazidən axan Şəmkirçay yatağında antisanitar vəziyyətin artması əhalidə narahatlıq yaradır.

Axar.az-a bölgədən daxil olan məlumata görə, Şəmkir qalasının əhatəsi artıq istixana kimi istifadə olunur.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Şəmkir rayon İcra Hakimiyyətinin mətbuat katibi Elvin Seyidov bildirib ki, Şəmkir qalası birbaşa Mədəniyyət Nazirliyinin tabeliyindədir:

“Ərazinin istixana kimi istifadə olunması araşdırılacaq. Şəmkir çayında antisanitar vəziyyətin artması haqqında məlumat isə həqiqəti əks etdirmir. Çünki çaydan illərdir su gəlmir. Yağıntılar az olduğu üçün çayın suyu quruyub”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə qeyd edib ki, məsələ ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli Sərancamı ilə həmin ərazi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …