Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan olundu – QHT Şurası tərəfindən + Detallar

“SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan olundu – QHT Şurası tərəfindən + Detallar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan olunub.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri və araşdırmaçıları müsabiqədə iştirak etməyə dəvət edib.
Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları.2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması.3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.
Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq:
1-ci yer – 1200 (min iki yüz) manat2-ci yer- 800 (səkkiz yüz) manat3-cü yer – 500 (beş yüz) manat
Müsabiqənin şərtləri:
• Yazıların həcmi 1 səhifə (A3) (Times New Roman şriftində (12), 9-11 min işarə) olmalıdır;• Yazılar çap və onlayn mediada dərc edilməli və “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazıldığı qeyd olunmalıdır;• Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır;• Yazılar Azərbaycan dilində yayımlanmalıdır;• Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.
Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr – 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır.
5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.
15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.
Əlavə məlumatlar:
Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetdən 2 nüsxə Şuranın Bakı şəhəri, Fikrət Əmirov küçəsi,1 ünvanında yerləşən ofisinə təqdim olunmalı, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq [email protected]. e-poçtuna göndərilməlidir.Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şura Katibliyinin əməkdaşları Elməddin Behbud və Elnur Bağırlıya müraciət edilə bilər. Tel/faks: (012) 493 17 32/80 (daxili 110/501).
Qeyd: müsabiqəyə aid təşkilati və texniki məsələləri həll etmək üçün QHT-lər 12 – 20 noyabr 2019 tarixlərində layihə təkliflərini e-qht.az saytında fəaliyyət göstərən e-ərizə proqramı vasitəsi ilə Şuranın qrant müsabiqəsinin tələblərinə uyğun olaraq təqdim etməyə dəvət olunurlar.#QHTŞurası #SƏLİS

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …