Ana səhifə / Aktual / Səlim Müslümovun “boz kardinalı” həbs oluna bilər… – İDDİA

Səlim Müslümovun “boz kardinalı” həbs oluna bilər… – İDDİA

 Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb.

Dünən yayılan xəbərlərdə deyilirdi ki, yeni nazirin ilk qərarı ilə Aparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Belə ki, artıq Ə.Cəbiyev ərizəsini yazaraq işdən ayrılıb. Yaxın günlərdə onunla bağlı əmrin veriləcəyi də qeyd olunur.

Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Görünür, yeni nazir “təmizləmə əməliyyatı”na aparat rəhbərindən başlamaqla ciddi islahatlar həyata keçirəcəyinin anonsunu verib.

Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.

DİA.AZ bildirir ki, Səlim Müslümovun “boz kardinal”ı hesab olunan Əjdər Cəbiyev əslində yaxasını təkcə vəzifə itkisi ilə qurtara bilməyəcək. Bu barədə bilgili qaynaqlar informasiya verib.

Xəbəri verən mənbə dia.az-a bildirib ki, Əjdər Cəbiyev hələ Dövlət Sosial Müdafiə Fondunda aparat rəhbəri olarkən dövlət büdcəsindən ayrılan 300 min manatlıq dəftərxana vəsaitini mənimsəmələ o zamanlar hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmişdi. Amma Səlim Müslümovun nüfuzu həmin pulu büdəcədən birbaşa cibinə endirən Əjdər Cəbiyevin məsuliyyətdən kənarda qalmasına səbəb oldu. İndi isə bu faktın araşdırılacağı gözlənilir.

Bu da hamısı deyil və məlumatlı mənbə əlavə edir ki, Əjdər Cəbiyevin böyük yeyinti əməliyyatı nazirlikdə aparat rəhbəri olduğu dönəmlərdə də davam edib. Mənbənin dia.az-a söylədikləri: “Əjdər Cəbiyev nazirliyə gəldikdən sonra “biz bura çoxdan hazırlaşırdıq və Fonddan Nazirliyə 300 nəfərlik komanda ilə gəlirik” deyərək əslində o zamankı nazir Füzuli Ələkbərova qarşı hərəkətdə olduqlarını da etiraf etmiş olmuşdu”.

İndi isə Əjdər Cəbiyev ittihamlara cavab verməyə hazır olmalıdır. Özü də müvafiq dövlət qurumlarının qarşısında.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …