Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şəkidə sakinlərini bayramda məcburi sahibkarın meyvə bağında işlədirlər

Şəkidə sakinlərini bayramda məcburi sahibkarın meyvə bağında işlədirlər

Şəkinin Verezet kəndi ərazisində təqribən 80 hektar ərazidə  meyvə bagı salınır.
Yerli sakinlərin musavat.com-a verdiyi məlumata görə, meyvə tingləri Italiyadan getirilib. Və həmin meyvə bagının salınması prosesinə Şəkinin şəhər və kənd məktəblərinin texniki işçiləri, kənd icra nümayəndəliklərinin əməkdaşları, kənd bələdiyyələrinin üzvləri cəlb olunurlar.
Acınacaqlı olan budur ki, yüzlərlə insan bayram günündə təmənnəsız və ac-susuz işlədilir. Müraciət edən insanlar bildirirlər ki, salınan bağ hansısa sahibkara məxsusdur.
Yerli sakinləri narazı salan məqam odur ki, əgər bu meyvə bağı hansısa sahibkara məxsus təsərrüfatdırsa, Şəki Icra Hakimiyyəti yüzlərlə insanı hansı əsasla təmənnasız olaraq, məcburi səkildə, üstəlik, bayram günlərində bu işə cəlb edib?
Yəqin ki, yerli sakinlərin bu haqlı sualına Şəki İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tutarlı bir izah verə bilərlər.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın