Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Göyçay şəhər Natavan küçəsi bina 7 a mənzil 44-də yaşayan Mayılov Sadiq Çingiz oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Cənab Prezident!
Bir
neçə ildir ki, ailəliklə sahibkarlıq fəalyyəti ilə məşğul oluruq.Cücə
seximiz var. Bu cücə sexini bir neçə ildir ki, işlədirik. Göyçay rayon
Mallı-Şıxlı kənd sakini İsmayılov Eldos Məmmədrəhim oğlu məndən iş
qurmaq adıyla 20000 (iyirmi min) manat pulu borc adıyla alaraq
dələduzluq yoluyla mənimsəyib.Belə ki, Eldos İsmayılov iş görmək adıyla
13.02 2018-ci ildə məndən 20000 (iyirmi min) manat borc pul almış və öz
xətti ilə yazılı formada qəbz yazaraq mənə vermişdir. Lakin aldığı bu
pulu qaytarmamışdır. Eldos İsmayılovdan bu pulun alınraq mənə verilməsi
üçün Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Göyçay
rayon Məhkəməsinin hakim Zəfər Quliyevin sədrliyi ilə 25.07.2018-ci il
tarixli iş nömrəsi 2(046) – 1639/2018 olan qərarı ilə mənim iddiam təmin
olundu.
Bu
qərardan narazı olan dələduz Eldos İsmayılov Şəki Apellyasiya
Məhkəməsinə şikayət verdi. Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir
Əsədlinin sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda qanunsuz
və əsassız olaraq Göyçay rayon Məhkəməsinin qərarı ləğv edərək Eldos
İsmayılovun şikayəti təmin edildi. Mən hakim Mahir Əsədlinin bu qərarını
ona görə əsassız və qanunsuz hesab edirəm ki apellyasiya instansiya
məhkəməsi iş materiallarında olan subutları və faktları düzgün
araşdırmamış bununlada maddi və hüquq prosedurları pozmuşdur. Belə ki,
apellyasiya instansiyası məhkəməsi qərar verəndə əsas kimi cavabdeh
Eldos İsmayılovun izahatını göstərmişdir. Halbu ki, cavabdeh öz
izahatını təsdiq edən heç bir dəlil subut məhkəməyə təqdim edə
bilməmişdir. Buda Mülki Prosesual Məcəllənin 14-cü maddəsinin (Məhkəmə
yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı onlardan
istifadə etməlidir) pozulmasıdır ki, hakim Mahir Əsədli bunu edib. Eyni
zamanda hakim Mahir Əsədli cavabdehin vəsatətinə əsasən Yaqubov İdris
İsmayıl oğlunu şahid qismində ifadə verməsinə şərait yaradaraq
qətnaməsindədə onun bu ifadəsinə subut kimi qiymət vermişdir. Halbu ki,
Göyçay rayon Məhkəməsində cavabdeh bu vəsatəti versədə hakim onun
vəsatətini təmin etməmişdi.Çünki şahid qismində göstərilən İdris Yaqubov
həmin məhkəmədə iclas gedən zalda oturaraq əvvəldən sona kimi
tərəflərin və digər şəxslərin ifadələrini dinləmişdir. İdris Yaqubovun
şahid qismində dindirilməsi vəsatəti veriləndə mən buna etiraz etdim.
Hakimdə haqlı olaraq mənim etirazımı qəbul edərək cavabdehin bu
vəsatətini təmin etmədi. Çünki Mülki Prosesual Məcəllənin 181-ci
maddəsinə əsasən şahidlər iclas gedən zala buraxılmalı deyillər. Lakin
Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli qanuna zidd olsada
yuxarıda qeyd etdiyim kimi cavabdehin şahidi İdris Yaqubovun ifadə
verməsinə şərait yaratdı. O bu hərəkətləri ilə hakimlərin
müstəqilliyini, ədalət mühakiməsinin prinsiplərini pozmaqla Azərbaycanda
məhkəmə sisteminə ciddi kölgə salır ki, buda vətəndaşların hakimlərə
olan etimadının itirliməsinə səbəb olur. Belələri Azərbaycanda məhkəmə
sisteminə üz qarası gətirən hakimlərdi ki, onların belə qanunsuz və
əsassız verilmiş qərarları araşdırılmalı etdikləri qanunsuzluqlara görə
hakimlik səlahiyyətlərinə xitam verilməlidir.
Mən
Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin bu qərarından
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına
kassasiya şikayət verdim. Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi
Aslan Kalbalıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şəki
Apellyasiya Məhkəməsinin maddi və prosesual hüquq normalarının düzgün
tətbiq edilməsinin pozulmasını aşkar olunduğuna görə mənim kassasiya
şikayətimi qismən təmin edildi və işə yenidən baxılması üçün həmin
məhkəməyə göndərilməsi barədə qərar qəbul edildi. 30.04.2019-cu il
tarixdə saat 11.00-Şəki Məhkəmə Kompeksinin Şəki Apellyasiya
Məhkəməsinjə aid zalında Hakim Elçin Hüseynovun sədrliyi ilə bu işə
baxılacaqdır.
Cənab Prezident!
Mənim
mətbuat vasitəsi ilə sizə müraciət etməyimin məqsədi bu məhkəmə
iclasında ədalətin bərqərar olmasıdır. Çünki cavabdeh Eldos İsmayılov
yaşadığı kənddə danışıb ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir
Əsədli ilə danışıqlar aparıb. Hakim Mahir Əsədli söz verib ki, Şəki
Apellyasiya Məhkəməsinin sədri ilə razılaşıb. Hakim Elçin Hüseynov Eldos
İsmayılovun xeyrinə qərar verəcək. Amma mən Azərbaycanda Məhkəmə
sisteminə və hakimlərə inanıram. Məhkəmə sistemindən Mahir Əsədli kimi
hakimlərin tezliklə kənarlaşdırılacağına inanıram. İnanıram ki,
30.04.2019-cu il tarixdə Şəki Məhkəmə Komleksinin Şəki Apellyasiya
Məhkəməsinə aid zalında olacaq məhkəmə işinə hakim Elçin Hüseynovun
sədrliyi ilə obyektiv baxılaraq ədalətli qərar veriləcək
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …