Ana səhifə / Aktual / “Səhv edən kimi, özümüzü itiririk”- Baş məşqçi

“Səhv edən kimi, özümüzü itiririk”- Baş məşqçi

Avropa Oyunlarında qadın millimizin baş məşqçisi Aleksandr Çervyakov Serbiyaya yeniləndən (2:3) sonra fikirlərini bildirib.

Qafqazinfo” xəbər verir ki, yığmamızın çalışdırıcısı komandadan razı qaldığını bildirib: “Təəssüf ki, oyun istədiyimiz kimi keçmədi. İlk setdə qalib gəlsək də, serblər hər dəfə hesabı bərabərləşdirdilər. Medal qazanmaq istəyirdik. Ancaq istəyimiz baş tutmadı. Deyə bilərəm ki, qızlar pis oyun göstərmədilər, komanda oyunu nümayiş etdirdilər. Qarşıda çox sayda turnirlər var. Həmin yarışlara çıxıb yaxşı səviyyədə oyun göstərmək lazımdır. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik”.

Məşqçinin sözlərinə görə, komandanın üzərində psixoloji təzyiq olub:

“Onlara belə təzyiq altında oynamaq çətin oldu. Belədə səhvlərə yol verdik.

Serbiya millisinin baş məşqçisi desə də ki, onlar bura əsas heyətlə gəlməmişdi, ancaq görünən odur ki, onların yaxşı komandası var və həmişə uğurla çıxış edirlər. Serbiya bizə baxanda Avropa çempionu olub.

İlk növbədə bloklar üzərində işləməyimiz lazımdır. Sonra psixologiya üzərində hazırlaşmağımız gərəkdir. Çünki səhv edən kimi, psixoloji baxımdan özümüzü itiririk. Qızlar bir-birlərinə dəstək olmağa çalışsa da, bu onlarda alınmır. Ona görə də psixoloji durumu qaydasına salmaq lazımdır. Güclü rəqiblərlə oynamalıyıq ki, belə durumlara düşməyək”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın