Ana səhifə / Aktual / Səhiyyə Nazirliyi idmançının qripdən dünyasını dəyişməsinə münasibət bildirib

Səhiyyə Nazirliyi idmançının qripdən dünyasını dəyişməsinə münasibət bildirib

Səhiyyə Nazirliyi qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, həmin şəxs xəstəxanaya müraciət etməyib.

“Meyit də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim edilmədiyi üçün onun hansı səbəbdən ölməsini demək mümkün deyil”, – deyə, nazirlikdən bildirilib

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova mətbuata açıqlamasında mərhumun bir müddət əvvəl soyuqdəymədən müalicə aldığını və daha sonra xəstəliyin şiddətlənərək bədənində iltihabi prosesə səbəb olduğundan dünyasını dəyişdiyini bildirib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …