Ana səhifə / Aktual / Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.

Nazirlikdən virtualaz.org-a bildirilib ki, körpənin vəziyyəti normaldır.

“Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır.

Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib”, – nazirlikdən bildirilib.

*   *   *10:41

Gəncə şəhərində yeni doğulan uşağı zibilliyə atıblar.

Dekabrın 23-də şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş, naməlum oğlan uşağı tapılıb. Körpə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşağı vətəndaşlar taparaq xəstəxanaya təhvil veriblər: “Körpənin səhhətində nəzərəçarpacaq ciddi problemlər görünmür. Müayinələri davam etdirilir. Hazırda həkim nəzarətindədir”.

Hazırda faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …