Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Səhiyyə naziri qriplə bağlı əmr imzaladı

Səhiyyə naziri qriplə bağlı əmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev builki payız-qış mövsümündə qrip və kəskin respirator xəstəlikləri ilə mübarizəyə dair əmr imzalayıb.

Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

Əmrə əsasən əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlər görüləcək, infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək. Eyni zamanda, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə etməsi tapşırılıb. Bununla yanaşı, dezinfeksiya işləri aparılacaq.

Əmrdə tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, şübhəli xəstələrdən götürülən nümunələr Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılsın.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …