Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Şəhid Səbuhinin qardaşı: “6 min ailədaxili məsələlərə görə xərclənilib”

Şəhid Səbuhinin qardaşı: “6 min ailədaxili məsələlərə görə xərclənilib”

Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı yeni açıqlama verib.


Şəhid qardaşı kamera önünə keçərək, sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib:


“Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək”.


Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşadırma aparıldığı bildirilmişdi. Bundan başqa, Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …