Ana səhifə / Aktual / Şəhid mayor Samid İmanovun anım mərasimi keçirilib

Şəhid mayor Samid İmanovun anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı şəhid mayor Samid İmanovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə nazirliyin əməkdaşları, deputat Arif Rəhimzadə, “N” hərbi hissənin bir qrup şəxsi heyəti, şəhidin ailə üzvləri, xidmət yoldaşları, incəsənət xadimləri və ədəbiyyat nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

Anım mərasimi Milli Qəhrəmana həsr olunmuş filmin nümayişi ilə davam edib.

Tədbirdə çıxış edən millət vəkili A.Rəhimzadə şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Samid kimi oğulların qəhrəmanlığının Azərbaycan gəncliyinə nümunə olduğunu qeyd edib. Torpaq uğrunda şəhid olan övladlarımızın əziz xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını vurğulayıb.

Tənqidçi-şair, yazıçı Əsəd Cahangir ədəbiyyatımızda Qarabağ müharibəsi mövzusunun aktual olmasından bəhs edib.

Şəhidin ailə üzvləri onlara və bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir şəhidin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …