Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / ŞƏHİD ANASI:  “ELMAR VƏLİYEV MƏNDƏN TƏZYİQLƏ  250 MİNƏ ALDIĞI SUVARMA XƏTTİNİ SONRA, 4 DƏFƏ BAHA  QİYMƏTƏ SATIB”

ŞƏHİD ANASI:  “ELMAR VƏLİYEV MƏNDƏN TƏZYİQLƏ  250 MİNƏ ALDIĞI SUVARMA XƏTTİNİ SONRA, 4 DƏFƏ BAHA  QİYMƏTƏ SATIB”

Şəhid anası Seyidova Zərifə Nəsrulla qızı Azinforum.az İnformasiya Portalına  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə aralarında yaranan münasibətlərlə bağlı şikayət məzmunlu məktub ünvanlayıb və bizdən problemin ictimailəşməsini xahiş edir. Şikayətin məzmunundan görünür ki, narazılığa səbəb olan hadisə Elmar Vəliyevin Yevlaxa rəhbərlik etdiyi dönəmi əhatə edir.  Bildirilir ki,  hətta həmin dönəmdə Elmar Vəliyevin şəhid ailəsinə müəyyən məbləğdə pul borcu qalıb. Zərifə xanım iddia edir ki, icra başçısı bu gün də onların ailəsinə təzyiq göstərir. Azinforum.az  Elmar Vəliyevin də, cavab haqqını tanımaq şərtilə şəhid anasının bizə ünvanladığı müraciəti olduğu kimi təqdim edir:

 “Mən Seyidova Zərifə Nəsrulla qızı 01.07.1938-ci ildə anadan olmuşam. 6 oğlum və 1 qızım var.Həyat yoldaşımı vəfat etmişdir. Oğlum Seyidov Ələkbər Mirkərim oğlu 1992-ci ildə vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası “ Şəhid adının əbədiləşdiriməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında‘’ Qanununun 3-cü maddəsinə əsasən Bərdə rayonu Mehdixanlı kənd tam orta məktəbi şəhid oğlumun adını daşıyır.Şəhid anası kimi həmişə Dövlətimizin və cənab Prezidentimizin diqqət və qayğısını öz üzərimdə hiss etmişik. Digər oğlum Seyidov Telman Mirkərim oğlu Qarabağ müharibəsinin veteranıdır və hal hazırda istefada olan polis polkovnik-leytenantıdır.Bu gün mən ömrünün ahıl çağlarını yaşayan bir şəhid anası kimi çox böyük ümidlərlə Sizə müraciət edirəm ki, məni və övladlarımı bu məmur özbaşınalığından qoruyasınız. Bunu israrla xahiş edirəm. Onu da bildirirəm ki, yuxarıda göstərdiyim “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən “Yerli İcra Hakimiyyəti orqanları şəhid ailələrinə təsərrufatla məşğul olmaq üçün torpaq sahələri ayrılması məsələlərini həll edirlər,, Ona görə də mən Azərbaycan Respblikasının “Torpaq icarəsi haqqında “ Qanuna əsasən 2001- ci ildə Yevlax rayonu Aran Bələdiyyəsinin “Goran” adlı sahəsindən 400 ha torpaq sahəsini 15 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün müqavilə əsasında icarəyə götürmüşəm.Bu barədə “Torpaqdan müvəqqəti istifadə hüququna dair ŞƏHADƏTNAMƏ (JN-”1107 KOD90100016) vardır.Mən bu əsasdə elə həmin ildə”Zərifə” kəndli təsərrufat MMC-ni təsis etmişəm.İcarəyə götürduyüm torpaqların məqsədli təyinatı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən “kənd təsərrüfatı təyinatlı torpaqlardır”. Bu torpaqlar olduqca məhsuldar torpaqlardır. Lakin təbii su çatişmazlığına görə istifadəsiz qalmışdır. Mən həmin torpaqları icarəyə götürdükdən sonra oğlanlarımla birgə əkinlərə suvarma suyunun verilməsi üçün lazımi mühəndis-texniki qurğular inşa etmək yolu ilə geniş irriqasiya (suvarma) tədbirlərini həyata keçirmişəm. Bu məqsədlə şəxsi vəsaitimizi sərf etməklə bərabər həm də əlverişsiz şərtlərlə olsa da, xeyli miqdarda borc götürərək bu işləri etmişik. Nəticədə Yuxarı Qarabağ Kanalının Yevlax rayanonun ərazisindən keçən hissəsində böyük nasos stansiyası kompleksini tikib istifadəyə vermişik. Bu kompleksə 3 ədəd hər biri 250 l\san gücündə su nasosu, 1 ədəd 320 kv. elektrik mühərriki, 1 ədəd 250 kv elektrik mühərriki , 1 ədəd 200 kv. elektrik mühərriki, 1 ədəd 630 kv və 1 ədəd 400 kv -lıq elektrik transformatorları , 1 ədəd vakuum nasosu, 1 ədəd yağ açarı, 3 km-lik elektrik xətti (beton dirəklərlə birlikdə) və nasos stansiyasında işləyənlərin yaşaması üçün vaqon ev daxildir.Yuxarı Qarabağ Kanalından mənbəyini götürən dəmir borularla 12.000 metr uzunluğunda suvarma kəməri çəkilmişdir. Bu kəmərin 1.200 metri 730 mm diametrli, qalan 10.800 metri isə 530 mm diametrli dəmir borudan ibarət olmuşdur.Bu kompleksin açılışı 10 may 2001 –ci ildə Ümummilli Lider Heydər əliyevin doğum günündə təntənəli sürətdə keçirilmiş və Azərbaycan dövlət televiziyasının xəbərlər proqramında geniş işiqlandırılmışdır.

 

25.03.2004 –cü ildə Vəliyev Elmar Rüstəm oğlu Yevlax rayonuna İcra başcisı təyin edildikdən sonra mənim və övladlarımın problemləri başlamışdır. E.Vəliyev vəzifəyə təyin edildikdən 3 gün sonra bizim təsərrüfatın ərazisinə gəlmiş və bizi yanına çağırtdırıb demışdir ki , əkdiyiniz bütün məhsullar hamısı onundur. Mən də ona bildirdim ki, onun üçün gərək mənidə öldürəsən. Sonradan E.Vəliyev bu işin bu yolla olmayacağını görərək, mənə ana ,oğullarıma da qardaş dedi. Təxminən 1 ay sonra o burada ‘’ELK-2004’’ kəndli təsərrüfat MMC-nin yaradıldığını bildirmiş və 99 il müddətinə 2000 hektar torpaq sahəsini götürmüşdür.Bundan sonra E.Vəliyev məni və övladlarımı dolayısı yolla məcbur etmişdir ki, onunda sahələrini suvarmaq üçün bizim çəkdiyimiz suvarma kəmərinin yeri və istiqaməti dəyişdirilsin.Uzun müddətli və çoxsaylı xahişlərdən sonra E.Vəliyev bildirmişdir ki, suvarma kəmərinin yerinin dəyişdirilməsi xərclərinin yarısını o özü ödəyəcəkdir. Ona görədə biz razılaşaraq 60.000(altmış min)ABŞ dolları məbləğində xərc çəkərək suvarma kəmərinin yerini dəyişdirmişik. İşlər başa çatdiqdan sonra 30.000(otuz min)ABŞ dollar məbləğində onun öz payına düşən məbləği ödəməkdən imtina etmişdir. O , bununlada kifayətlənməyərək bizi məcbur etmişdir ki, Yevlax şəhərinin abadlıq fonduna 10.000 (on min )ABŞ dolları məbləğində pul köçürək. Ona görə də mən 05.07.2004-ci ildə Beynalxaq Bankın Yevlax filialına Yevlax YXO-nun 716753 AZM, 3201-01 saylı hesabına 10.000(on min) ABŞ dollarının həmin vaxtlar Azərbaycan manatına olan məzənnəsi ilə 49.000.000 (qırx doqquz milyon ) manat pul ödəmişəm. Həmin pulun ödənilməsi barədə 05.07.2004-cü il tarixli, 34 saylı bank qəbzinin əsli məndə durur. 2004-cü ilin payızında E.Vəliyev mənə təklif etmişdir ki, 2005-ci ilin məhsulu üçün şərikli, yəni 50\50 nisbətində1.000 ha sahədə taxıl və 500 ha sahədə pambıq əkək.Məndə razılaşdım, amma bilməzdim ki, bu E.Vəliyevin bir oyunudur. Məhsulun bünövrəsi qoyulandan məhsul yığımı başa çatanadək mən orda işləyənlərin ərzaq təminatı üçün 83.000 (səksən üç min ) ABŞ dolları məbləğində pul xərcləmişəm. Amma E.Vəliyev burada öz payına düşən 41.500 (qırx bir min ) ABŞ dollarını ödəməkdən imtina etmişdir. O, bununla da kifayətlənməyərək suvarma kəmərinin ona satılmasını tələb etmişdir. Mən razılaşmasam da həm kəmərin çəkilməsi, həm də təsərrüfat işlərinin aparılması üçün xərclənən pulların çox hissəsi borc olduğu üçün və borc yiyələrinin pullarını ödəmək üçün suvarma kəmərini 500.000 (beş yüz min ) ABŞ dollarına satmağa razı olmuşam. Bu təklif E. Vəliyevi qane etməmişdir. O, məndən tələb etmişdir ki, suvarma kəmərini ona 250.000 (iki yüz əlli min )ABŞ dollarına satım.Mən buna razılaşmadım.O , mənə xəbər göndərdi ki, su kəmərini dediyi qiymətə ona satmasam adımıza olan torpaq sahələrini əlimizdən alacaq və birgə əkdiyimiz məhsuldan bizə heçnə verməyəcək. Mən çox fikirləşdikdən sonra çarəsiz onun dediyinə razılaşdım. 2005-ci ilin avqustunda “ELK-2004” kəndli təsərrüfat MMC-nin təsisci rəhbəri İsayeva Dürrü Çərkəz qızı (E.Vəliyevin qaynanası )ilə alqı-satqı müqaviləsi bağlayaraq suvarma kəmərini 250.000 (iki yüz əlli min ) ABŞ dollarına satdım.Bunuda qeyd edim ki, adı gedən xanımı mən heç vaxt görməmişəm.E.Vəliyev suvarma kəmərini məndən alandan 1 ay sonra həmin suvarma borusunu “MKT” pambıq şirkətinə məndən aldığı qiymətdən deyilənə görə 4 (dörd ) dəfə baha qiymətə satmışdır. Məlumdur ki, burda bizə danışdığı yalanlar kimi onlarada yalan danışıb suvarma kəmərini satmışdır. E.Vəliyev Gəncə şəhərinə icra başcısı getdikdən sonrada bizim ailədən əl çəkməyib təzyiqlərini davam etdirmişdir.

z1

Əlimdə torpaq sahəsindən başqa heçnə qalmadığını bilən E.Vəliyev yenə də Yevlax rayonunun vasitəsi ilə əsassız yoxlamalar göndərib onuda qeyri qanuni şəkildə əlimdən almaq istəyir.Torpağımın icarə vaxtının bitdiyini bilən icra başcısı dolaysı yollarla mənim əlimdən torpağımı almaq isdəyir. Mənim bu barədə Yevlax rayon Bələdiyyəsinə yazılı müraciətim olub ki , xahiş edirəm adıma olan torpağın icarə vaxtını uzadasız. Amma buna məhəl qoymurlar əksinə məni və oğlumu məhkəməyə verirlər.Bizə məlumdur ki, E.Vəliyevin qorxusundan bu barədə heç kəs qanuna əməl etməz əksinə o nə desə onu edərlər.”Torpaq icarəsi haqqında “ Qanununun 22-ci maddəsinə əsasən mənim icarə müqaviləsinin uzadılması üçün icarəyə verənə təklif vermək hüququm vardır.Torpağı əkib becərmək bir şəhid anası kimi mənim haqqımdır. Çünki mən torpaq uğrunda vətənə oğul vermiş və vətən sağ olsun demiş bir anayam. Mənim torpağı əkib becərmək haqqım E.Vəliyev kimilərindən üsdündür.Mən Cənab Prezidentimizə və birinci xanımıza məklublar yazsam da, məktubların ünvanına gedıb çatmağına mane olurlar. Bu bizə məlumdur. Mən 78 yaşinda şəhid anası bu gün məcburam ki, dövlət idarələrinin qapısını döyəm. Məni buna E.Vəliyevin bizə qarşi qanunsuz əməlləri vadar edir.Sağlığına qismət yığdığı var dövlət ona azlıq edir ki, şəhid anasının torpağına göz tikir? Mən ölsəm belə,  övladlarıma söz mirasımdır ki, məni o torpaqda basdırsınlar.Mən Cənab Prezidentimizin bir sözüylə bütün övladlarımı şəhid verməyə hazıram.

HÖRMƏTLƏ, SEYİDOVA ZƏRİFƏ NƏSRULLA QIZI”

Azinforum.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın