Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Səfir: Cocuq Mərcanlıda suvenir fabriki tikilir

Səfir: Cocuq Mərcanlıda suvenir fabriki tikilir

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində suvenir fabrikinin tikintisi aparılır.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu layihə Türkiyənin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin (TIKA) təşəbbüsüdür:

“Hazırda TIKA-nın həyata keçirdiyi işlər çərçivəsində kənd ərazisində istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Bunlarla paralel olaraq suvenir fabrikinin tikintisi davam edir”.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi ilə Türkiyə səfirliyinin birgə layihələri çərçivəsində Cocuq Mərcanlıda 15 istixana quraşdırılıb. Bundan başqa, 15 ailəyə 10 arı ailəsi və müxtəlif arıçılıq avadanlıqları verilib.(Trend)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …