Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Şəfəq Mehralıyeva: “Telefonlarınız da dinləniləcək, işinizə əngəllər də törədiləcək”

Şəfəq Mehralıyeva: “Telefonlarınız da dinləniləcək, işinizə əngəllər də törədiləcək”

Niyə? Çünki peşəniz belədir. Siz, həqiqət carçılarısınız! Həqiqətin isə dostu dünya yaranandan bəri çox deyil. Inanmırsınız? O zaman, görün evdə həmişə həqiqəti deyən və ya iş ortamında həmişə sözü əyri-əskiksiz deyən olanda sizə qarşı münasibət necə dəyişir. 

XXI əsrdə jurnalistlik hələ də ən təhlükəli məsləklərdən biri olaraq qalır. Ötən il dünyada vəzifəsini yerinə yetirdiyinə görə hədəfə alınan jurnalistlərin yalnız üçdə biri Meksikada öldürülüb. Bu ölkədə jurnalist olmaq təhlükəsizlik baxımdan müharibə zonasında işləməkdən belə betərdir. Digər təhlükəli ölkələr Əfqanıstan və Fillipindir.

Amma ruhdan düşməyin, əziz həmkarlar. Çünki milli mətbuatımızın banisi Həsən bəy Zərdabi belə hərdən məyusluğa uğrayırdı. Deyirdi:

«Nə etməli? Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan başqa əlac yoxdur. Axı olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysaq, bir neçə il sonra o su tökülməkdən bərk daşı əridib deşər. Qəzet çıxarmaqdan başqa bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar».

Milli Mətbuat Günümüz mübarək! Mirzə Ələkbər vəzifənin təyini verib. Vay o gündən ki, aynamız əyri göstərsin. Hamınıza səbr və uğurlar diləyirəm! Aynamız olmaqda davam edin!

…. çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni ta yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şərə məşğul edərik xatiri-qəmmayilimi,

Qoyuram qənşərinə kağızımı, çernelimi,

Gəlirəm yazmağa bir kəlmə, — tutarsan əlimi,

Qorxuram, ya nə üçün, — çünki kəsirsən dilimi!

Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax!

Istəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!

Görür ərbabı-qələm qayeyi-amalınızı,

Məndən artıq yaza bilməkdə ikən halınızı, –

Yazmır onlar dəxi on dörddə bir əfalınızı,

Özünüzsüz olara yazdıran əhvalınızı…

Yoxsa bu eybdən aləmdə mübərradır olar,

Boylə alçaq yazıdan min kərə əladır olar!

Necə mən dörddə birin yazmağa əymən deyiləm,

Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;

Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,

Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,

Elə bir halə düşərsə ki, tükün biz-biz olar,

Əyninə geyməyə şey tapmasan, astar üz olar!

Şəfəq Mehralıyeva​

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …