Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin
ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət
edənlərin sayı 16 nəfər olub.
Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib.
Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə
aparılıb: “10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin
əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN
əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə
buraxılıblar”.
***
“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 7 nəfər FHN
əməkdaşı tüstüdən zəhərlənmə ilə Toksikologiya Şöbəsinə yerləşdirilib.
Yanğın zamanı bir vətəndaş da xəsarət alıb və təcili xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, yanğın parfümeriya mağazasında başlayıb və şirniyyat anbarına keçib. Yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.
Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Sədərək Ticarət Mərkəzində növbəti yanğın hadisəsi baş verib. BakuPost xəbər verir ki, bu dəfə yanğın TM-in Təsərrüfat Bazarı deyilən ərazisində – “Xəyal” elektrik dükanında başlayıb. Alov qısa müddətdə dikər dükanlara da yayılıb.
Hadisə yerinə FHN-nın yanğın söndürənləri çağırılıb. Yanğın davam edir.
Qeyd edək ki, Ticarət Mərkəzində bir neçə gün əvvəl də yanğın hadisəsi baş vermişdi.