Ana səhifə / Aktual / “Sədərək” və “Binə” ticarət mərkəzləri işlərini dayandırmayıb? – Hüquqşünasdan sərt mesajlar

“Sədərək” və “Binə” ticarət mərkəzləri işlərini dayandırmayıb? – Hüquqşünasdan sərt mesajlar

“Bu dəqiqələrdə mənə daxil olan və özümün də yoxladığım məlumatlara görə Azərbaycanın ən böyük ticarət mərkəzləri sayılan “Sədərək” və “Binə” ticarət mərkəzləri işlərini dayandırmayıb. Bu ticarət mərkəzlərinin başında duran kimlərdir?! Yoxsa yenə “Dövlət içində olan Dövlət” Azərbaycan Hakimiyyətinin qəbul etdiyi qərarları icra etmir, Hakimiyyətə əzələ nümayiş etdirir?!”.

Mia.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov səhifəsində yazıb.

O bildirib ki, bu gün orada ticarətlə məşğul olanlar təhlükəni anlasalar da, icarə haqlarının dayandırılmadığına görə təhlükəni gözə alıb məcburiyyətdən işlərini davam etdirirlər:

“Yenə deyirəm, burada kimlərinsə çörəyinə bais olmaqdan söhbət getmir. Söhbət hamımızın sağlamlığından, ölüm-dirim məsələsindən gedir. Hesab edirəm ki, dövlət rəsmiləri Koronavirusla mübarizə Fonduna ayrılan vəsaitdən ticarət mərkəzlərinin yükünə yardım etməli, bu yerlərin narazılıq olmadan bir müddətlik bağlanmasını təmin etməlidilər. Əks halda Azərbaycanın Vuhanı (Çində virusun ilk yayıldığı şəhər) elə həmin ticarət mərkəzləri olacaq”.

Aslan İsmayılov Gürcüstanda bu mənada görülən tədbirləri misal çəkərək sözlərinə belə davam edib: “Bir məqamı da diqqətinizə çatdırım ki, dünən Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda 1 qadında koronavirus aşkar edildiyinə görə bütün rayon mühasiyərə alınaraq giriş-çıxış qadağan olunub, həmin qadının bu müddət ərzində ünsiyyətdə olduğu insanların müəyyən edilməsinə başlanılıb. Həmin qadını isə bu virusa Azərbaycandan gələn bacısı yoluxdurub. Bizdə isə Bakıda virus daşıyıcılarının bu qədər sayına baxmayaraq, işçilərinin sayı 30 mindən artıq olduğu ticarət mərkəzləri (hələ ora alış-veriş üçün gedənləri demirəm) rəsmi qərardan sonra hələ də fəaliyyətlərini davam etdirirlər.

Ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bir ay müddətinə dayandırılmalıdır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …