Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şəbnəmdən icra başçısının sevgilisi olması ilə bağlı – Açıqlama

Şəbnəmdən icra başçısının sevgilisi olması ilə bağlı – Açıqlama

Bir müddətdir adı qalmaqallı hadisələrdə hallanan müğənni Şəbnəm Tovuzlu haqqında yeni ittiham irəli sürülüb.

Moderator.az saytında onun rayonların birinin icra başçısı ilə sevgili olduğu haqda xəbər yayılıb. Məlumatda qeyd olunur ki, bu icra başçısı əvvələr musiqiçi olub, toylarda sintezator ifaçısı kimi çıxış edib və ailəıidir.

Şəbnəm Tovuzlu “Qafqazinfo”ya açıqlamasında adını icra başçısı ilə hallandıranlara sərt şəkildə cavab verib: “Ötən həftə canlı yayımda demişdim ki, bəzi rekert jurnalistlər məni hədəf seçirlər. Bu da dediklərimin sübutudur. Onlar şər və iftira dolu xəbərlər yazmaqla reytinq əldə etməyə can atır. Görün bu sifarişli yazılar yazan necə savadsızdır ki, hansısa icra başçısını keçmiş sintezator ifaçısı kimi qələmə verir. Xəbərin ən gülməli yeri məhz budur. Əgər əllərində fakt varsa, ad açıqlasınlar.

Kimsədən qorxum yoxdur. Və utanacaq heç bir hərəkət də etməmişəm. O, dırnaqarası jurnalisti Allaha tapşırıram. Müqəddəs Ramazan ayında şayiə yaymağın özü də bir günahdır. Heç olmasa bu ayda günah etməkdən çəkinsinlər”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın