Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Səyyar Əliyev: “Çəkdiyim əsərlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına hesablanıb”

Səyyar Əliyev: “Çəkdiyim əsərlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına hesablanıb”

Fevral ayının 26-da Xocalı faciəsinin 24-cü ildönümündə Səyyar Əliyevin  Bakı şəhəri Süleyman Rəhimov küçəsi  205 ünvanında sərgisi açılıb.

Fact-info.az saytına müsahibəsində  Səyyar Əliyev bir sıra məqamlara aydınlıq gətirib:

-Mən Şuşa şəhərində doğulmuşam. Şuşa işğal olunandan sonra Bakı şəhərində məskunlaşaraq bu yaradıcılıq işimi davam etdirmişəm. Əsərlərimdə  Qarabağın təbiətinə, gözəlliyinə, mədəniyyətinə hər zaman diqqət yetirmişəm.  Şuşanın bütöv təbiəti bir rəsm əsəridir. Orada hər fəslin  öz gözəlliyi var. Heç şübhəsiz ki, bu gözəllikləri rəsmə çevirəndə son dərəcə cazibədar olur. Oradakı güllər, çiçəklər, şəhərin hər daşı,  binası, tarixi abidəsi rəsm əsəridir. Bu gün bu sərvətlərimiz təcavüzə məruz qalıb.

– Bu sərginiz haqqında nə deyə bilərsiniz?

– Mənim bir çox yerlərdə, hətta xarici ölkələrdə səgilərim olub. Bügünkü sərgim Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunub. Sərgi bir həftədən artıq davam edəcək. Gördüyünüz kimi  Xocalı soyqırımı,  ermənilərin bəşəriyyətə, insanlığa, sivil yaşam tərzinə qarşı törətdiyi dünyada görünməyən vəhşilikllərin təzahürləri bu əsərlərdə əks olunub. Çox dəhşətli anları, ağrılı taleyimizi mən çalışdım bu əsərlər vasitəsilə  ictimaiyyətə, gənclərimizə, tələbələrə və digər insanlara çatdıram. Onu da qeyd edim ki, mən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi çalışıram. Hər zaman tələbələrimizə bu ağrılı tariximizdən, Qarabağımızdan danışırıq.

Təbliğat işini, belə faciələrimizin dünya ictimaiyyətinə çatdırıması işini necə dəyərləndirirsiniz. Bu məsələ də daha hansı vasitələrə  əl atmaq lazımdır?

-Azərbaycan Prezidenti İlham Əliyev cənabları bütün görüşlərində, xaricə səfərlərində hər zaman Qarabağ məsələsini, Ermənistanın təcavüzkar siyasətini, Azərbaycanın haqlı, ədalətli mövqeyini gündəmə gətirir, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.  Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevada  Azərbaycanın dünyada tanıdılması,  Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə hər zaman böyük dəstək verir. Uğurlu layihələr həyata keçirirlər. Artıq Azərbaycanın  ədalətli mövqeyini dünyada müdafiə edən insanların,  ölkələrin sayı artır. Heç şübhəsiz ki, biz vətəndaş olaraq, ziyalı olaraq təbliğat işində öz töhfəmizi verməliyik. Mənim bu sərgim, çəkdiyim əsərlər  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına hesablanıb.

-Yaradıcılığınızda, çəkdiyiniz əsərlərdə  hansı yeniliklər etmək fikrindəsiniz?

-Mənim ən böyük istəyim, arzum odur ki, münaqişəyə son qoyulsun, işğal altında qalan ərazilərimiz, döğma Şuşamız azad olunsun. Sonra mən dinc dövrlə bağlı, sülh haqqında  rəsm əsərləri çəkib. Qarabağımızın, Şuşamızın və digər ərazilərin gözəl təbiəti, inkişaf dövrü haqqında mən yeni əsərlər çəkmək arzusundayam.

 

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın