Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şəxsiyyət vəsiqəsi olmadan bilet ala bilməyəcəksiz

Şəxsiyyət vəsiqəsi olmadan bilet ala bilməyəcəksiz

“Qarabağ” artıq Çempionlar Liqasının 2-ci turunda evdə “Roma”ya qarşı keçirəcəyi oyunun biletlərini satışa çıxarıb. “Qafqazinfo” xəbər verir ki, klubun rəsmi saytında verilən elanda azarkeşlərin bileti şəxsiyyət vəsiqəsi ilə ala biləcəyi qeyd edilib. 

Bu sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. “Qafqazinfo”ya açıqlama verən Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələyə aydınlıq gətirib: “Bu “qara bazar”ın qarşısını almağa hesablanıb. Biletlərin üzərində onu alan adamın ad və familiyası yazılacaq. Üstəlik, bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq mümkündür. Əgər kimsə dostuna, qohumuna bilet almaq istəyirsə, onların vəsiqəsi ilə bizə müraciət edə bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də saat 20:00-da başlayacaq.

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …

Bir cavab yazın