Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Səudiyyə Ərəbistanı Yəmənə girdi – Əməliyyat başladı

Səudiyyə Ərəbistanı Yəmənə girdi – Əməliyyat başladı

Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlara başladığı bildirilir.
Avropa.info xəbər verir ki, əldə olunan məlumatlara görə Yəmən prezidenri Abdu Rabbuh Hadinin çağırışına cavab verən Səudiyyə Ərəbistanının ölkədə hərbi əməliyyatlara start verib.
10 ölkənin iştirak etdiyi əməliyyatlarda İranın dəstəklədiyi husilərin nəzarət altına aldıqları paytaxt Sana havadan da bombalanıb.
əl-Cəziranın Frans Press və Royters agentliklərinə istinadən yaydığı xəbərə görə, dünən axşam yerli vaxtla saat 18:00-da başladılan əməliyyat haqqında açıqlama verən dövlət rəsmiləri əməliyyatın məqsədinin Yəmən hökumətini qorumaq olduğunu bildirib.
Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil Cübeyr Yəməndəki sülh səylərinin bir nəticə vermədiyini, məhz buna görə də hərbi müdaxiləyə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal Yəməndə sülhün bərqərar olmayacağı təqdirdə lazımi addımların atılacağını bildirmiş, bundan sonra ölkə Yəmən ilə sərhədə qoşun toplamışdı.
ABŞ prezidenti Barak Obama da Körfəz Əməkdaşlıq Şurasının rəhbərlik etdiyi hərbi əməliyyatlara kəşfiyyat dəstəyi verilməsi haqda əmr verib.
Bundan başqa Ağ Ev Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Bernadet Mihan verdiyi yazılı açıqlamada ABŞ-ın, husilərin Yəmən hökumətinə qarşı hərbi hərəkətini qınadığını bildirib.

 

Həmçinin oxuyun

Fransa XİN: “DQR” rejiminin tanınması heç kimə fayda verməyəcək”

Fransa Senatı bu gün 305 səs lehinə, 1 səs əleyhinə olmaqla qondarma DQR rejiminin müstəqilliyini …

Bir cavab yazın