Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / “Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib” – Rəsmi açıqlama

“Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib” – Rəsmi açıqlama

bşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb.

“ Azinforum.az ” xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətini itirdiyi, müdir səlahiyyətlərini icra etmədiyi bildirilib.

“Sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı bildiririk ki, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”, – məlumatda vurğulanıb.

İdarədən, həmçinin qeyd edilib ki, sözügedən bağçanın fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

İraqda bir günlük matəm elan edilib

İraqda bir günlük matəm elan olunub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq …