Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual /  ŞƏRURLU “MIRIM” MƏŞHUR TERRORÇUYA NECƏ ÇEVRİLDİ? – FOTO

 ŞƏRURLU “MIRIM” MƏŞHUR TERRORÇUYA NECƏ ÇEVRİLDİ? – FOTO

Bəzi KİV-lərdə 2014-cü ildə İraqda öldürülən, daha sonra isə sosial şəbəkələrdə yayılan fotoları ilə hər kəsi heyrətləndirən 18 yaşlı azərbaycanlı terrorçu Həmzə Azəri (Hamzat Laro) ləqəbli Həmzə Əliyevin özü və ailəsi haqqında sensasion məlumatlar yayılıb.
Yayılan məlumatlarda terrorçunun ailəlikcə İŞİD-də qoşulması, onların ayrı-ayrı olkələrdəki fəaliyyətləri və ən əsası Azərbaycanla əlaqələri barədə informasiyalar əks olunur. Məlum olur ki, Həmzə Azəri İŞİD-çilər arasında “Əbu Hafiz Azəri” ləqəbi ilə tanınan İntiqam Əliyevin doğma oğludur.

Araşdırma zamanı həmçinin, indiyə qədər bir neçə dəfə ölüm xəbəri yayılan İntiqam Əliyev kifayət qədər əlaqəli, imkanlı və məşhur adam olduğu ortaya çıxdığı bildirilir.

O, 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. Birinci həyat yoldaşı – Naxçıvan sakini İlahə Əliyeva Məhəmməd qızı ilə evlilikdən 7 uşaqları olub. Azərbaycanda, Gürcüstanda, Türkiyədə və Ukraynada biznes fəaliyyəti quraraq, avtomobil ehtiyat hissələrinin satış şəbəkəsi yaradan İntiqam Abuzər oğlu Əliyev eyni zamanda siyasi fəaliyyətlə də məşğul olub. O özü ilə bağlı verdiyi anket məlumatlarında vaxtilə Rəsul Quliyevin sədrlik etdiyi Azərbaycan Demokratik Partiyasında (ADP) aparıcı simalardan olduğunu və təşkilatın maliyyələşməsinə dəfələrlə dəstək göstərdiyini qeyd edib. Həmin partiyanın maliyyə dəstəkçilərindən biri kimi tanınan şəxs Azərbaycanı da məhz müxalifətçi adı ilə tərk edib. O, ölkədən getdikdən sonra bir neçə il heç kimin bilmədiyi yerlərdə yaşayıb və həmin müddətdə onunla bağlı heç bir informasiyaya rast gəlinmir.

Yayılan məlumatlarda həmçinin qeyd edilir ki, İntiqam Əliyevin dünyanın bir çox yerlərində, həmçinin Şərurda böyük villası var.

Azinforum.az İntiqam Əliyevi yaxından tanıyan bir neçə nəfərlə əlaqə saxlayıb və onunla bağlı yayılan məlumatları dəqiqləşdirməyə çalışıb. Mənbələrimiz İntiqam Əliyevin həqiqətən Şərur şəhərində doğulduğunu və uzun müddət orada yaşadığı təsdiq edir:

“Onu Şərurda tanımayan yoxdur. Ola bilər ki, gənc nəslin nümayəndələri tanımasın, amma orta və yaşlı nəsil yaxşı tanıyır. İntiqam uzun müddət Şərur şəhərinin mərkəzində yerləşən “Bahar” adlı kinoteatrın yeməkxaanasını işlədib.  Rayonda hamı onu “MIRIM” ləqəbilə çağırıb.  Milli Azadlıq Hərəkatı geniş vüsət alanda, həmin proseslərdə yaxından iştirak edib. Ötən əsrin 90-cı ilin əvvələrində Bakıya köçdü.  Sonrakı zahiri görkəmindən də hiss olunurdu ki, vəhabiliyə meyillənib . Onun uzun illərdi ki, Şərurla heç bir əlaqəsi yoxdur. Heç kimlə təmas qurmur.  İntiqamın həddən artıq imkanlı şəxs olması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir. Rayonun köhnə “Qurdlar məhləsi” deyilən ərazidə onlara məxsus olan, palçıqdan tikilən balaca ev necə var elə də qalır”.

İŞİD ordusunda məşhur simalardan olan “Əbu Hafiz Azəri”nin (İntiqam Əliyev)  sağ olduğu və hazırda ailəsi ilə birlikdə Suriyada yaşadığı deyilir.

Azinforum.az İntiqam Əliyevin İŞİD-in tərkibində döyüşən oğlanlarının fotosunu təqdim edir.

 

 



AZİNFORUM.AZ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın