Ana səhifə / Aktual / “Şərurlu İsfəndiyar”a məxsus evləri ondan xəbərsiz satıb…

“Şərurlu İsfəndiyar”a məxsus evləri ondan xəbərsiz satıb…

Dələduzluqda təqsirləndirilən Asif Pirvəliyev barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas avqustun 1-nə təyin edilib.

Şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, A.Pirəliyev “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundova məxsus evləri ondan xəbərsiz satmaqda ittiham edilib.

O, İ.Axundovun yaxın adamı Əliyev Heydərlə birlikdə “Şərur” MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

İttihama görə, cinayət hadisəsi nəticəsində iş adamına İ.Axundova 1 milyon 900 min manat ziyan dəyib.

Təqsirləndirilən şəxslərin cinayət işinə ayrı-ayrılıqda baxılıb. H.Əliyev barəsində bir müddət əvvəl şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə A.Pirvəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Həmçinin oxuyun

Deputatlarımız harada istirahət edəcəklər? – Telefonlarımız daima açıqdır

Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti …