Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / “Şərurlu” İsfəndiyar oğlunun şirkətini öz şirkətinə birləşdirdi

“Şərurlu” İsfəndiyar oğlunun şirkətini öz şirkətinə birləşdirdi

Azərbaycanda iki tikinti şirkəti birləşib.
 
Moderator.az “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşularaq ləğv olunduğunu elan edib.
Beləliklə, “Şərur” Mənzil-Tikinti Kooperativi “Stil Tikinti” Mənzil-Tikinti Kooperativinin ona qoşulması nəticəsində yenidən təşkil olunub.
2001-ci ildə yaradılmış “Şərur” MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundov, 2004-cü ildə fəaliyyətə başlayan “Stil Tikinti” MTK-nın isə qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.

 

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …