Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / “Şərq” bazarı belə olacaq – Fotolar

“Şərq” bazarı belə olacaq – Fotolar

Xəbər verdiyimiz kimi, bir müddətdir ki, Şərq bazarı yenidən qurulur. Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görülən işlərlə bağlı “Qafqazinfo”ya bildirb ki, tikili ölkənin gözəl memarlıq abidələrindən biridir və milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacaq:

“Hazırda rekonstruksiya işlərinin layihələndirilməsi aparılır. Bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və sökülməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq bazarın içərisində obyekt sahiblərinin düzəltdiyi arakəsmələr var idi ki, onlar sökülür. Abidə milli memarlıq üslubunun qorunması şərtilə rekonstruksiya ediləcək. Ora tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.

Sosial şəbəkələrdə bazarın eskiz layihəsini əks etdirən fotolar yayımlanıb.

 



Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …