Ana səhifə / Aktual / Sərhəddə yaranan növbə ilə bağlı Nazirlər Kabineti işçi qrupu yaratdı – VİDEO

Sərhəddə yaranan növbə ilə bağlı Nazirlər Kabineti işçi qrupu yaratdı – VİDEO

Hazırda Azərbaycan Rusiya sərhədində 1300-dən çox yük maşını növbə gözləyir. Hər il məhsullarının ixracının artması ilə əlaqədar bu problem yaşanır. Ona görə də avtonəqliyyat vasitələri ilə yanaşı dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması tövsiyə olunur. Bununla əlaqədar Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb.

“Azərbaycan Dəmir Yolları” QSC  Yükdaşımalar departamentinin rəisi  Emil Əhmədov  bildirib ki,  mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar, avtonəqliyyat vasitələri ilə yanaşı dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması tövsüyə olunur. Bununla əlaqədar Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb. “Azərbaycan Dəmir Yolları” QSC-də  qeyd olunan operativ  işçi qrupunun üzvüdür.

Departament rəisi  yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun mümkünlüyünə hazır olduğunu bildirir. Operativ məsələlərin həlli üçün qaynar xətt yaradılıb.

Emil Əhmədov onu da əlavə edib ki, hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq 20-25% aşağı qiymətə başa gəlir.

Həmçinin oxuyun

Köçəryanın mitinqində irqçi mahnı – onun müğənni gəlini Türkə elə nifrət püskürdü ki!.. VİDEO

Ermənistanın eks-prezidenti, “Hayastan” (“Ermənistan”) seçki blokunun rəhbəri, Xocalı canisi Robert Köçəryan dünən İrəvanda öz seçiciləri …